İran ABŞ universitetlərindən xaric edilən iranlı tələbə və müəllimlərin ölkədəki təhsil müəssisələrinə qəbul ediləcəyini açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM"bu barədə SNN telekanalına istinadənxəbər verir ki, İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simai Saraf bildirib.
Nazir qeyd edib: “ABŞ hakimiyyətinin bəzi tələbələrimizi hüquqi və etik normalara zidd olaraq qovduğunu nəzərə alaraq, bəyan edirəm ki, Amerika universitetlərindən qovulanların hamısı məmnuniyyətlə İrandakı ekvivalent təhsil müəssisələrinə qəbul ediləcəklər”.
O həmçinin tələbə və müəllimləri təhsil və iş yerlərinin itirilməsi ilə bağlı narahat olmamağa çağırıb.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb, Tehran və bir sıra böyük şəhərlər hücuma məruz qalıb.
SEPAH isə cavab olaraq genişmiqyaslı əməliyyat elan edib və bölgədə bir sıra ABŞ hərbi obyektlərinin hədəfə alındığı bildirilib.
Aprelin 7-də ABŞ Prezidenti Donald Tramp İranla iki həftəlik qarşılıqlı atəşkəs elan edib. Aprelin 11-də isə İran və ABŞ İslamabadda bir neçə raund danışıqlar aparıblar.