Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

SEPAH Küveytdəki ABŞ bazalarını vurdu

1 dəq
Paylaş:
SEPAH Küveytdəki ABŞ bazalarını vurdu

İranın İslam İnqilabı Keşikçiləri Korpusu () Küveytdə iki ABŞ bazasındakı obyektlərə hücum etdiyini bildirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə SEPAH məlumat yayıb.

"Əli əs-Salim" aviabazasında ABŞ qüvvələrinə məxsus iri texnika anbarına, "Patriot" hava hücumundan müdafiə sisteminə və MQ-9 pilotsuz uçuş aparatlarının yerləşdiyi anqara dronlarla endirdik. Həmçinin "Əl-Ədiri" kazarmalarında yerləşən ABŞ hərbçilərinin dislokasiya məntəqəsinə və iki helikopter anqarına hücum edilib", - deyə məlumatda qeyd olunub.

Qeyd olunub ki, hücumlar nəticəsində bir neçə hərbçi ölüb və yaralanıb, həmçinin helikopterlərə və pilotsuz uçuş aparatlarına ciddi ziyan dəyib.

SEPAH, həmçinin regionda ABŞ-yə məxsus telekommunikasiya qüllələrindən birinə zərbə endirildiyini bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax