Əsas məzmuna keç

İran daha güclü silahlar hazırlayır

İran daha güclü silahlar hazırlayır

SEPAH sözçüsü Hüseyn Mühabbi Yaxın Şərqdəki gərginlik fonunda Tehranın raket texnologiyalarında hansı dağıdıcı yeniliklərə imza atdığını açıqlayıb.

en ru

"İran Yaxın Şərqdə döyüşlərin yenidən başlaması ehtimalına qarşı daha güclü silahlar hazırlayıb".

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu sözləri sözçüsü Mühabbi deyib.

“Əgər müharibə yenidən başlayarsa, istifadə edəcəyimiz silahlar mütləq fərqli olacaq. Bu fərq döyüş başlıqlarının növündə, zərbələrin dəqiqliyində, raketlərin uçuş məsafəsində və ya digər göstəricilərdə özünü göstərə bilər”, - Mühabbi bildirib.

Yüksəkrütbəli iranlı hərbçi qeyd edib ki, Tehran silahlı qüvvələrini hər gün təkmilləşdirir və daha dəqiq, dağıdıcı və texnoloji baxımdan inkişaf etmiş silahlar istehsal edir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…