Əsas məzmuna keç

İran: “Silahlarımız əvvəlkindən tamamilə fərqli olacaq”

İran: “Silahlarımız əvvəlkindən tamamilə fərqli olacaq”

İran rəsmiləri ölkənin raket potensialının əhəmiyyətli dərəcədə artdığını və yeni münaqişə halında daha təkmil texnologiyalara əl atacaqlarını bəyan ediblər.

en ru

İran hərbi arsenalının əvvəlki müharibələrlə müqayisədə daha da gücləndirildiyini açıqlayıb.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, İran dövlət televiziyasının məlumatına görə, ölkənin imkanları barədə Muhibbi SEPAH-ın arsenalında olan silahların döyüş başlığı gücünün əvvəlki müharibələrdə istifadə edilən sistemlərdən dəfələrlə üstün olduğunu bildirib.

Muhibbin sözlərinə görə, yeni baş verəcəyi təqdirdə İranın istifadə edəcəyi silahlar əvvəlki dövrlərdən əhəmiyyətli dərəcədə fərqlənəcək.

O qeyd edib ki, bu fərq əsasən raketlərin hədəfə dəqiqliklə çatdırılması, uçuş məsafəsi və döyüş başlığı texnologiyasında göstərəcək.

İran rəsmisi ölkənin silah istehsalı və hərbi texnologiyaların inkişafı prosesində heç bir fasilənin olmadığını vurğulayıb.

Onun iddiasına görə, İranın hərbi texnikası zaman keçdikcə daha dəqiq, daha güclü və texnoloji baxımdan daha müasir hala gətirilir.

Bu açıqlamalar Tehranla regional rəqibləri arasında hərbi gərginliyin davam etdiyi bir vaxtda İranın raket imkanlarının inkişaf etdirilməsinə xüsusi diqqət yetirdiyini göstərir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…