Rusiyanın Federal Təhlükəsizlik Xidməti ("FSB") Krımda Ukrayna Təhlükəsizlik Xidmətinin ("SBU") agentinin saxlanıldığını açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 1993-cü il təvəllüdlü Yalta sakini Ukrayna xüsusi xidmət orqanlarının nümayəndəsi ilə könüllü şəkildə əlaqə yaradıb.
O, kuratorunun tapşırığı ilə "Telegram" messenceri vasitəsilə Rusiya Qara Dəniz Donanmasına aid obyektlər barədə məlumatları "SBU"-nun nəzarətində olan elektron resurslara ötürüb.
Saxlanılan şəxs barəsində dövlətə xəyanət maddəsi ilə cinayət işi başlanılıb. Bu ittihamla onun 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.
Hazırda fiqurant barəsində həbs qətimkan tədbiri seçilərək o, nəzarət altına alınıb.