Əsas məzmuna keç

Parlament icra məmurlarının tələbi borclunun sərvətinə yönəltməsi haqda dəyişikliyi qəbul edib

Parlament icra məmurlarının tələbi borclunun sərvətinə yönəltməsi haqda dəyişikliyi qəbul edib

Milli Məclis yeni qərarı təsdiqlədi: İndi borcu olanların nağd pulları, elektron hesabları və əmlakı hədəfə alına bilər. Bəs qaydalar kimlərə şamil olunacaq?

en ru

icra məmurlarının hüquqlarına dəyişiklikləri qəbul edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, "Dövlət icra məmurları haqqında" qanuna dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Sənəddə qeyd olunub ki, icra məmurlarının hüquqları sırasındakı borclunun hesabında olan pul vəsaitlərinə yönəltmək hissəsi dəqiqləşdirilir.

Yeni redaktəyə görə, icra məmurları tələbi borclunun əmlakına, o cümlədən , yaxud banklarda və ya digər kredit təşkilatlarındakı, elektron pul təşkilatlarındakı hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldə biləcəklər.

Xatırladaq ki, qüvvədə olan qanuna əsasən, icra məmurları tələbi borclunun hesabında olan pul vəsaitlərinə və digər qiymətli əşyalarına, banklarda və ya digər kredit təşkilatlarındakı əmanətlərinə yönəldə bilirdilər.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq bir oxunuşda qəbul olunub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…