Əsas məzmuna keç

Pakistanın Əfqanıstanda hava hücumu: 13 mülki şəxs həlak olub

Pakistanın Əfqanıstanda hava hücumu: 13 mülki şəxs həlak olub

Taliban sözçüsü Zəbihullah Mücahid İslamabadın sərhədyanı bölgələrdəki yaşayış binalarını hədəf almasını sərt tənqid edib. Görəsən, gərginlik necə nəticələnəcək?

ru en

qüvvələrinin Əfqanıstanın Kunar, Xost və Paktika əyalətlərinə endirdiyi hava zərbələri nəticəsində əksəriyyəti uşaq olmaqla 13 mülki şəxs həlak olub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə hökumətinin sözçüsü Zəbihullah Mücahid X sosial şəbəkəsində paylaşım edib.

O bildirib ki, Pakistan qüvvələri Əfqanıstanın hava məkanını pozaraq yaşayış evlərini bombalayıb.

“Dünən gecə Pakistan qüvvələri bir daha Əfqanıstanın hava məkanını pozaraq Kunar, Xost və Paktika əyalətlərində yaşayış binalarını bombalayıb. Bu hücumlar nəticəsində 11 uşaq, bir qadın və bir yaşlı kişi həlak olub, daha 14 qadın və uşaq yaralanıb”, – deyə Mücahid qeyd edib.

Taliban sözçüsü hücumu qəti şəkildə pisləyib və bunu hüququn pozulması kimi qiymətləndirib.

Pakistan hökuməti və ordusu hadisə ilə bağlı hələlik verməyib. Lakin rəsmiləri “Reuters” agentliyinə bildiriblər ki, hava zərbələri Pakistana qarşı fəaliyyət göstərən yaraqlıların istifadə etdiyi sığınacaqlara və digər obyektlərə yönəlib.

Qeyd edək ki, İslamabad və Kabul arasında münasibətlər son aylarda gərginləşib. Pakistan tərəfi Əfqanıstanı ölkədə hücumlar planlaşdıran yaraqlılara sığınacaq verməkdə ittiham edir. Taliban isə bu iddiaları rədd edərək Pakistandakı təhlükəsizlik problemlərinin daxili məsələ olduğunu bildirir.

Xatırladaq ki, tərəflər mart ayında atəşkəs barədə razılığa gəliblər. Hazırda Çin iki ölkə arasında gərginliyin azaldılması üçün vasitəçilik səylərini davam etdirir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…