Əsas məzmuna keç

ABŞ senatoru Lindsi Qremin ölüm səbəbi açıqlandı

ABŞ senatoru Lindsi Qremin ölüm səbəbi açıqlandı

Respublikaçı senatorun vəfatı ilə bağlı yayılan şayiələrə rəsmi qurum tərəfindən son qoyulub.

en ru

ABŞ-nin Cənubi Karolina ştatından olan respublikaçı senator Lindsi Qremin ölümünün səbəbi ilə bağlı verilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, senatorun ofisinin yaydığı bəyanata əsasən, 71 yaşlı siyasətçi arteriosklerotik ürək-damar xəstəliyi nəticəsində baş vermiş aorta cırılması (aortanın disseksiyası) səbəbindən vəfat edib. Bu məlumat Kolumbiya Dairəsinin Tibbi Ekspertiza İdarəsinin ilkin rəyinə əsaslanır.

Bildirilib ki, daha əvvəl Lindsi Qremin "qısa və qəfil inkişaf edən xəstəlik" nəticəsində dünyasını dəyişdiyi açıqlansa da, ölüm səbəbinin dəqiq göstərilməməsi mediasında və sosial şəbəkələrdə müxtəlif fərziyyələrin, o cümlədən sui-qəsd iddialarının yayılmasına səbəb olmuşdu. Rəsmi açıqlama isə bu iddialara aydınlıq gətirib. Hadisə günü senatorun Vaşinqtondakı evinə təcili tibbi yardım çağırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Qeyd edək ki, Respublikaçılar Partiyasının aparıcı simalarından biri hesab olunurdu. O, ABŞ Senatında müdafiə, milli təhlükəsizlik və xarici siyasət sahəsində sərt mövqeyi ilə tanınır, , İran və Çinə qarşı qəti çıxışları ilə diqqət çəkirdi.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…