Əsas məzmuna keç

BƏƏ İrana dəstək xəbərlərini təkzib etdi

BƏƏ İrana dəstək xəbərlərini təkzib etdi

Dubay rəsmiləri Tehranın büdcəsinə vəsait ayrılması ilə bağlı iddialara nöqtə qoyub. BƏƏ-nin rəsmi mövqeyi və regional gərginlik fonunda yayılan informasiya niyə təkzib edildi?

en ru

BƏƏ-də İrana maliyyə dəstəyinin verilməsi və əcnəbi işçilər üçün yaşayış icazələrinin ləğv edilməsi barədə xəbərlərin saxta olduğu bildirilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Prezidentinin müşaviri Ənvər Qarqaş "X" sosial şəbəkəsində bildirib.

"Bəzi platformalar ölkə ilə bağlı yalan məlumatlar yayır, halbuki dövlət regiondakı hadisələrə reaksiya vermək və münaqişədən sonrakı dövrə hazırlaşmaq üçün səylərini cəmləşdirməyə davam edir", - o yazıb.

Qarqaş vurğulayıb ki, BƏƏ-nin yanaşması ondan ibarətdir ki, bu cür bəyanatlara ən yaxşı cavab konkret iş və real nailiyyətlərdir.

" şayiələrə - xüsusən də işçilər üçün yaşayış icazələrinin ləğv edilməsi və digər bu kimi iddialara gəldikdə isə, bu, saxta məlumatdır və ümidsiz media kampaniyalarının bir hissəsidir", - BƏƏ Prezidentinin müşaviri qeyd edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…