Əsas məzmuna keç

Dubay limanında Küveytə məxsus neft tankerinə PUA hücumu olub

Dubay limanında Küveytə məxsus neft tankerinə PUA hücumu olub

BƏƏ-nin Dubay limanında Küveytin "Al-Salmi" neft tankeri İranın hücumuna məruz qalıb və gəmidə yanğın baş verib.

en ru

Birləşmiş Ərəb Əmirliklərinin () limanında Küveytə məxsus "Al-Salmi" xam İran tərəfindən birbaşa hücuma məruz qalıb. Nəticədə gəmidə yanğın qeydə alınıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, nu barədə Küveyt Neft Korporasiyası "X" sosial şəbəkəsində məlumat yayıb.

Bildirilir ki, hadisə baş verən zaman tanker tam dolu olub.

Hücum nəticəsində gəminin gövdəsinə maddi ziyan dəyib və yanğın başlayıb.

Təşkilat insident zamanı heç kimin xəsarət almadığını və dəyən ziyanın dəqiq qiymətləndirilməsi istiqamətində işlərin aparıldığını təsdiqləyib.

"The Guardian" nəşrinin məlumatına görə, tankerdə 2 milyon barel xam neft olub. Gəmidəki 24 heyət üzvünün hamısı təhlükəsiz yerdədir.

Əvvəlcə gəmi sahibi olan Küveyt Neft Korporasiyası neft sızması riski barədə xəbərdarlıq etsə də, sonradan Dubay rəsmiləri ətraf sulara neftin dağılmasının qarşısının alındığını təsdiqləyiblər. Yerli hökumətə istinadən verilən məlumata görə, xilasedici qruplar insidenti uğurla lokallaşdırıb, neft sızması və tələfat qeydə alınmayıb.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…