Əsas məzmuna keç

"ABŞ və İran arasında razılaşmanın icrası bölgədə sülhün yeganə yoludur"

"ABŞ və İran arasında razılaşmanın icrası bölgədə sülhün yeganə yoludur"

Pakistanın xarici işlər naziri İshaq Dar Bişkekdə iranlı həmkarı Abbas Əraqçi ilə görüşüb və regional sabitlik üçün dialoqun vacibliyini vurğulayıb.

en ru

Pakistanın naziri Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Dövlət Başçıları Zirvəsi çərçivəsində iranlı həmkarı ilə görüşüb.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsində yaydığı məlumata görə, görüşdə ikitərəfli münasibətlərin inkişafı və regionda baş verən cari proseslər ətrafında geniş fikir mübadiləsi aparılıb.

İshaq Dar regional və sabitliyin təmin olunmasında diplomatiya və dialoq kanallarının əhəmiyyətini vurğulayıb.

Pakistanlı nazir xüsusilə ABŞ və İran arasında gərginliyin azaldılması istiqamətində atılan addımlara toxunaraq bildirib ki, tərəflər arasında əldə olunmuş “İslamabad Razılaşması”nın səmimi şəkildə icra edilməsi böhranın həlli üçün ən effektiv yoldur.

Xatırladaq ki, sözügedən razılaşma ABŞ və İsrailin İrana qarşı hərbi hücumları ilə başlayan münaqişənin həlli və regionda gərginliyin azaldılmasına yönəlib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…