Əsas məzmuna keç

İran və Pakistan dənizçiləri Sinqapur sahillərində qaldı

İran və Pakistan dənizçiləri Sinqapur sahillərində qaldı

Gəmi heyəti okeanda köməksiz vəziyyətdədir. Tehran və İslamabad vətəndaşlarının aqibəti necə olacaq? Beynəlxalq sulardakı hadisənin təfərrüatları və son xəbərlər...

en ru

Pakistanın naziri Məhəmməd İshaq sinqapurlu həmkarı Vivian Balakrişnanla telefonla danışıb və ilə İran vətəndaşlarının qaytarılması istiqamətində kömək istəyib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, İshaq Dar bu barədə "X" hesabında yazıb.

"Sinqapur sularının yaxınlığında olan gəmilərdəki 11 Pakistan və 20 İran dənizçisinin rifahının təmin olunması və vətənə qaytarılmasının asanlaşdırılması üçün dəstək xahiş etdim", - o bildirib.

İshaq Dar bu mövzuda iranlı həmkarı Abbas Əraqçi ilə də telefonla danışıb: "İran vətəndaşlarının Pakistan vasitəsilə təhlükəsiz şəkildə qaytarılmasını asanlaşdırmağa hazır olduğumuzu diqqətə çatdırdım".

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…