Əsas məzmuna keç

Pakistanda kömür mədənində faciə: 32 nəfər həlak olub

Pakistanda kömür mədənində faciə: 32 nəfər həlak olub

Belucistan əyalətində baş verən partlayış nəticəsində onlarla mədənçi həyatını itirib, dağıntılar altında qalanların xilasetmə əməliyyatları davam edir.

en ru

Pakistanın Belucistan əyalətinin inzibati mərkəzi Kvetta şəhərində yerləşən kömür mədənində metan qazının partlaması nəticəsində ağır baş verib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, mədən rəsmisi Qani Baloçun verdiyi məlumata görə, metan qazının toplanması nəticəsində baş verən güclü mədəndə çökməyə səbəb olub.

Bildirilib ki, axtarış-xilasetmə qruplarının həyata keçirdiyi əməliyyat nəticəsində 32 mədənçinin meyiti dağıntılar altından çıxarılıb. Rəsmilər 10 nəfərin isə hələ də uçqun altında qaldığını açıqlayıblar.

Qani Baloç qeyd edib ki, xilasedicilər çətin şəraitdə əməliyyatı davam etdirirlər. Onun sözlərinə görə, dağıntılar altında qalanların taleyi ilə bağlı narahatlıq davam edir və ölənlərin sayının artacağı istisna edilmir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…