Əsas məzmuna keç

Pakistanda yaşayış binası çökdü: 11 nəfər həlak olub

Pakistanda yaşayış binası çökdü: 11 nəfər həlak olub

Lahor şəhərində baş verən faciə nəticəsində eyni ailənin üzvləri həyatını itirib, xəsarət alanlar var.

en ru

Pakistanın Lahor şəhərində baş verən bina uçqunu nəticəsində 11 nəfər həyatını itirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, üçmərtəbəli yaşayış binası naməlum səbəblərdən dağılıb. Hadisə yerinə dərhal xilasetmə və tibbi yardım qrupları göndərilib.

Məlumata görə, dağıntılar altında qalan insanların çıxarılması üçün genişmiqyaslı axtarış-xilasetmə əməliyyatı həyata keçirilib.

Hadisə nəticəsində eyni ailənin 11 üzvü həlak olub. Dağıntılar altından çıxarılan 6 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Hazırda binanın uçma səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırmalar davam etdirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…