Ötən il 141 uşaq övladlığa verilib

Ötən il 141 uşaq övladlığa verilib
25.01.2024 11:31
Aa
dəq

2023-cü ildə övladlığagötürmə ilə bağlı müraciət sayı 353, övladlığa verilmiş uşaq sayı isə 141 olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyində keçirilən mətbuat konfransında Agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov bildirib. 

Övladlığagötürmə ilə bağlı aparılan monitorinq sayı isə 1145 olub. Övladlığagötürülən uşaqlardan 91 nəfəri yaxın qohumu, 27 nəfəri ögey ata (ana) tərəfindən övladlığa götürülüb.

"Onu da deyim ki, Agentlik həmçinin uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması istiqamətində də davamlı işlər həyata keçirir. Belə ki, bu Qeytkipinq prosesi çərçivəsində 1270 uşaq üçün Fərdi İnkişaf Planı hazırlanıb. Ötən il ərzində 696 uşağın müəssisəyə yerləşdirilməsi ilə bağlı müraciət edilib. 269 uşağın müəssisəyə yerləşdirilməsinə, 344 uşağın ailə himayəsində saxlanmasına dair qərar verilib. 35 uşaqla bağlı proses davam edir, 135 uşaqla bağlı müraciət digər qurumlara yönləndirilib və ya hədəf qrupundan kənar hesab edilib.

Ümumilikdə ötən il ərzində 197 uşaq ailə himayəsinə qaytarılıb.

Bir müddət əvvəl Sosial Xidmətlər Agentliyi tərəfindən 5 uşaq himayədar ailələrə verilib. Valideyn qayğısından məhrum olmuş 5 qız uşağı üçün ümumilikdə 4 ailə “Himayədar ailə” olub.

Potensial Himayədar valideynlərin müəyyənləşdirilməsi istiqamətində görülən işlər çərçivəsində ötən il 30 ailənin qiymətləndirilməsi aparılıb. 15 ailə himayədar ailə olmaq istədiyini bildirib".

Həftənin ən çox oxunanları

Dörd ayda əhalinin sosial ödənişlərinə 2 milyard 914 milyon manat xərclənib

Dörd ayda əhalinin sosial ödənişlərinə 2 milyard 914 milyon manat xərclənib
DAVAMIN OXU davamın oxu

Ölkə əhalisinin 10,8 faizi pensiyaçıdır

Ölkə əhalisinin 10,8 faizi pensiyaçıdır
DAVAMIN OXU davamın oxu

Azərbaycanda 58 min 500 nəfər işlə təmin edilib

Azərbaycanda 58 min 500 nəfər işlə təmin edilib
DAVAMIN OXU davamın oxu

“Trendyol" Azərbaycana daşıma qiymətlərini qaldırıb?

“Trendyol
DAVAMIN OXU davamın oxu

Bu ilin dörd ayında 140,4 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

Bu ilin dörd ayında 140,4 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub
DAVAMIN OXU davamın oxu