Əsas məzmuna keç

Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə uşaq evinə baş çəkiblər

Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə uşaq evinə baş çəkiblər

Heydər Əliyev Fondunun nümayəndələri bölgəyə səfər edərək valideyn himayəsindən məhrum balacaları ziyarət ediblər. Görüşün səmimi fotoları və təfərrüatları xəbərdə.

ru en

Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri və Arzu Əliyeva aprelin 27-də Şəkidə Sosial Xidmətlər Agentliyinin 6 saylı evi sosial xidmət müəssisəsini ziyarət ediblər.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, səfər zamanı Leyla Əliyeva və Arzu Əliyeva müəssisənin fəaliyyəti, himayəsindən məhrum olmuş uşaqlar üçün yaradılan şərait, onların təlim-tərbiyəsi və sosial müdafiəsi istiqamətində görülən işlərlə yaxından tanış olublar. Bildirilib ki, 1936-cı ildən fəaliyyət göstərən uşaq evi Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü ilə 2018-ci ildə yeni bina ilə təmin edilib.

Sonra Leyla Əliyeva və Arzu Əliyeva uşaqların xüsusi hazırladıqları mədəni proqramı izləyiblər. Proqram çərçivəsində uşaqlar tərəfindən rəqs və musiqi nömrələri təqdim olunub, teatr məşğələsində hazırlanmış səhnəciklər nümayiş etdirilib. Uşaqların yaradıcılıq bacarıqlarını, istedadını və səhnə mədəniyyətini əks etdirən çıxışlar maraqla qarşılanıb.

Sonda müəssisənin kollektivi və uşaqlar ilə xatirə şəkilləri çəkdirilib, hədiyyələr təqdim edilib.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…