Operativ Məlumat Mərkəzi

Ötən gün vətəndaşlardan götürülən silah-sursatın sayı açıqlanıb

1 dəq
Paylaş:
Ötən gün vətəndaşlardan götürülən silah-sursatın sayı açıqlanıb

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, noyabrın 17-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 ədəd avtomat, 1 ədəd tapança, 22 ədəd alışdırıcısı, 5 patron darağı, 346 ədəd müxtəlif çaplı patron və 16 ədəd müxtəlif markalı ov tüfəngi təhvil götürüblər.

Keçirilən əməliyyat tədbirləri ilə 1 ədəd avtomat, 8 ov tüfəngi, 16 patron və 2 patron darağı aşkar edilərək götürülüb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər