Operativ Məlumat Mərkəzi

Polis iki gündə 26 avtomat, 11 tüfəng, 26 qumbara aşkarlayıb

1 dəq
Paylaş:
Polis iki gündə 26 avtomat, 11 tüfəng, 26 qumbara aşkarlayıb

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

DİN-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, yanvarın 3-də və 4-də polis əməkdaşları paytaxt, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 26 avtomat silahı, 26 qumbara, 11 tüfəng, 38 patron darağı və 1230 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər