Operativ Məlumat Mərkəzi

Orban Vladimir Putinlə görüşəcək

2 dəq
Paylaş:
Orban Vladimir Putinlə görüşəcək
Orbanı Macarıstan XİN Peter Siyartu müşayiət edəcək.  İyulun 1-dən başlayaraq Avropa İttifaqı Şurasına sədrlik edən Macarıstan baş nazirinin səfər zamanı...

Macarıstan baş naziri Viktor Orban Ukraynaya etdiyi rəsmi səfərdən sonra bu dəfə Rusiyaya yollanaraq Kreml lideri Vladimir Putinlə görüşəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Orbanı Macarıstan XİN Peter Siyartu müşayiət edəcək.

İyulun 1-dən başlayaraq Avropa İttifaqı Şurasına sədrlik edən Macarıstan baş nazirinin səfər zamanı Putinlə Ukraynadakı müharibənin həlli yollarını müzakirə etməsi gözlənilir.

O, bu həftə Zelenski ilə keçirdiyi görüşdə, Ukraynanı Rusiya ilə atəşkəs razılığı əldə etməyə çağırmış, Zelenski Orbanın bu təklifini cavabsız qoymuşdu.

Orbanın Rusiyaya gözlənilməz səfər planı Avropa liderləri tərəfindən tənqid olunub.

Avropa Şurasının səlahiyyət müddəti başa çatan rəhbəri Şarl Mişel Macarıstanın Avropa İttifaqı adından Rusiya ilə danışıq aparma səlahiyyəti olmadığını bildirib.

O, Kiyev masada olmadan, Ukrayna ilə bağlı hər hansı müzakirə aparıla bilməyəcəyini vurğulayıb.

Polşa baş naziri Donald Tusk isə Orbana Moskvaya səfərin məqsədi barədə ictimaiyyətə açıqlama verməsini tələb edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər