Əsas məzmuna keç

Qanunsuz onlayn kazino fəaliyyəti ilə məşğul olan şəxslər saxlanılıb

Qanunsuz onlayn kazino fəaliyyəti ilə məşğul olan şəxslər saxlanılıb

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat nəticəsində 4 nəfər məsuliyyətə cəlb olunub.

en ru

Son dövrlər qlobal internet şəbəkəsində geniş yayılan qanunsuz və oyunları ciddi fəsadlara yol açır. Sosial şəbəkələrdə “asan qazanc” və ya “bonus” vədləri ilə təbliğ olunan bu platformalar vətəndaşların maddi zərərə uğramasına, psixoloji asılılığa və hüquqi məsuliyyətə cəlb olunmalarına səbəb olur. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, ölkəmizdə bu növ cinayət əməllərinə qarşı mübarizə DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilir.

Kiberpolis tərəfindən keçirilən son tədbirlər nəticəsində qanunsuz qumar oyunlarının təşkilində təqsirli bilinən 4 nəfər – Səfər Səfərov, Fazil Məmmədov, Riyad Heydərli və Nadir Soltanov saxlanılıb. İstintaqla müəyyən edilib ki, həmin şəxslər xaricdə yaradılmış onlayn kazino saytlarının seqmentindəki admin panellərini idarə edərək ölkə ərazisində qumar oyunlarının təşkilini həyata keçiriblər.

Saxlanılan şəxslərin ünvanlarında aparılan axtarış zamanı aşağıdakı maddi sübutlar aşkarlanaraq götürülüb:

  • Elektron sübutlar;
  • 200-dən çox bank kartı;
  • Müxtəlif mobil nömrələr və digər vasitələr.

Baş İdarədə saxlanılan şəxslərə müvafiq ittihamlar elan edilib. Məhkəmənin qərarı ilə Səfər Səfərov və Fazil Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib. Digər iki nəfərlə bağlı üzrə istintaq tədbirləri davam etdirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…