Əsas məzmuna keç

Bakıda narkotik satan 12 nəfər saxlanıldı

Bakıda narkotik satan 12 nəfər saxlanıldı

Nərimanovda Elçin Bağırov və Əliağa Vahabov 6 kq tiryəklə tutuldu. Onlayn ticarət edən 10 nəfər və sayğac oğrusu Tural Məmmədovun əməlləri ifşa olundu. Detallar:

en ru

Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən tədbir zamanı əvvəllər məhkum olunmuş 29 yaşlı Elçin və 37 yaşlı Əliağa saxlanılıblar.

Daxili İşlər Nazirliyindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, həmin şəxslərdən ümumilikdə 6 kiloqram olan tiryək və marixuana aşkarlanıb.

Araşdırmalar zamanı E.Bağırov və Ə.Vahabovun sosial şəbəkələr vasitəsilə narkotiklərin satışını həyata keçirdikləri məlum olub.

Şöbə əməkdaşları tərəfindən həyata keçirilən digər əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 10 nəfər saxlanılaraq məsuliyyətə cəlb olunub.

Həmin şəxslərdən biri - əvvəllər məhkum olunmuş Məmmədovun paytaxt ərazisində binaların girişlərində quraşdırılan su sayğaclarını oğurladığı da müəyyən edilib. Faktlarla bağlı araşdırmalar davam etdirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…