Fransanın keçmiş prezidenti, Sosialist Partiyasının nümayəndəsi Fransua Olland 2027-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürə biləcəyini bildirib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
O, bunun yalnız seçkilərdə real qələbə şansı gördüyü halda mümkün olacağını deyib.
"Prezidentliyə namizəd olmaq, xüsusilə mənim kimi keçmiş dövlət başçısı üçün, yüngül yanaşılacaq qərar deyil", - Olland bildirib.
72 yaşlı siyasətçi əlavə edib ki, yalnız müstəsna şəraitdə, seçkilərin ikinci turuna çıxmaq və nəticədə qalib gəlmək üçün real imkan gördüyü halda namizədliyini nəzərdən keçirəcək.
Qeyd edək ki, Fransada növbəti prezident seçkilərinin 2027-ci ilin yazında keçirilməsi planlaşdırılır.
Məlumat üçün bildirək ki, Olland 2012-2017-ci illərdə Fransanın prezidenti olub.