Əsas məzmuna keç

NYT: Tramp İrana qarşı hərbi hücum variantlarını nəzərdən keçirir

NYT: Tramp İrana qarşı hərbi hücum variantlarını nəzərdən keçirir

ABŞ administrasiyası nüvə danışıqlarının uğursuz olacağı təqdirdə İrana qarşı hədəfli zərbələr və genişmiqyaslı əməliyyat planlarını masada saxlayır.

en ru

Omanın vasitəçiliyi ilə Cenevrədə keçirilməsi planlaşdırılan danışıqlarının üçüncü raundu ərəfəsində administrasiyası hərbi variantları ciddi şəkildə müzakirə edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "New York Times" qəzeti məlumat yayıb.

Məlumata görə, diplomatik cəhdlər nəticə verməyəcəyi təqdirdə, rəsmi Vaşinqton Tehranın nüvə silahı istehsalı potensialını məhv etmək üçün "hədəfli hücum" seçiminə daha yaxındır.

Məlumata görə, mümkün hərbi müdaxilə zamanı bu hədəflərin vurulması nəzərdə tutulur:

  • "İran İslam İnqilabı Keşikçiləri Korpusu"nun (SEPAH) qərargahları;
  • Nüvə obyektləri;
  • Ballistik raket infrastrukturu.

Xəbərdə qeyd olunur ki, əgər bu zərbələr İran rəhbərliyini geri addımatmağa məcbur etməsə, Tramp mövcud hakimiyyəti devirməyi hədəfləyən "daha genişmiqyaslı " ehtimalını da müşavirləri ilə bölüşüb.

Lakin administrasiya daxilində bu hədəfə yalnız hava hücumları ilə nail olmağın mümkünlüyü barədə müəyyən şübhələr var.

Digər tərəfdən, hərbi gərginliyin qarşısını almaq üçün alternativ təkliflər də müzakirə olunur.

Bu təkliflərdən biri İranın yalnız tibbi tədqiqat və müalicə məqsədləri üçün çox məhdud səviyyədə uran zənginləşdirməsinə icazə verilməsidir. Tərəflərin bu kompromisə razı olub-olmayacağı hələlik qeyri-müəyyən olaraq qalır.

Qeyd edək ki, və İran arasında Omanın vasitəçiliyi ilə aparılan danışıqların növbəti mərhələsi fevralın 26-da İsveçrənin Cenevrə şəhərində keçiriləcək. Əvvəlki görüşlərdə əsasən uranın zənginləşdirilmə faizi və yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarının taleyi müzakirə edilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…