Əsas məzmuna keç

Novxanıda içməli su istehsalı müəssisəsində 19 litr suda uyğunsuzluq aşkarlanıb

Novxanıda içməli su istehsalı müəssisəsində 19 litr suda uyğunsuzluq aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Novxanıda fəaliyyət göstərən içməli su istehsalı müəssisəsində uyğunsuzluq aşkarlayıb. Bu...

Təhlükəsizliyi Agentliyinin () Novxanıda fəaliyyət göstərən içməli su istehsalı müəssisəsində aşkarlayıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə AQTA-dan məlumat verilib.

Bildirilib ki, 19 litrlik sudan götürülmüş nümunənin müayinəsi nəticəsində uyğunsuzluq aşkarlanıb.

Bununla əlaqədar müəssisədə keçirilmiş plandankənar yoxlama zamanı temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, havalandırma sisteminin quraşdırılmadığı, texnoloji ardıcıllıq prinsipinin pozulduğu müəyyən edilib.
Aşkarlanmış uyğunsuzluq, eləcə də sanitar-gigiyenik və sanitar-texniki nöqsanlarla bağlı müəssisənin fəaliyyəti müvəqqəti dayandırılıb, rəhbəri barəsində inzibati protokol tərtib olunub. Araşdırmalar davam etdirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…