Əsas məzmuna keç

AQTA Gəncədəki qida zəhərlənməsi ilə bağlı araşdırmaya başladı

AQTA Gəncədəki qida zəhərlənməsi ilə bağlı araşdırmaya başladı

Gəncə Birləşmiş Xəstəxanasına yerləşdirilən 6 nəfərin vəziyyəti necədir? Abbas Səhhət adına tibb müəssisəsindəki kütləvi zəhərlənmə ilə bağlı təfərrüatlar.

en ru

şəhərində təşkil olunan yas mərasimində iştirak edən 6 nəfər zəhərlənməsi əlamətləri ilə xəstəxanalara çatdırılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hadisə ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi (AQTA) araşdırmalara başlayıb. Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə müvafiq tədbirlər görülür.

Qeyd edək ki, 27 yaşlı Tapdıq Həsənli, 75 yaşlı Leyla Hüseynova, 44 yaşlı Ramil Məmmədov və 52 yaşlı Ülviyyə Hacıyeva Gəncə Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən adına xəstəxananın Yoluxucu Xəstəliklər şöbəsinə yerləşdiriliblər.

Məlumata görə, zəhərlənən daha iki azyaşlı isə Gəncə Birləşmiş Uşaq Xəstəxanasına aparılıb. Onların müalicəsi davam etdirilir.

Qeyd edək ki, bu, Gəncədə son 3 gün ərzində qeydə alınan ikinci kütləvi qida zəhərlənməsi hadisəsidir. 2 gün əvvəl də şəhərin Atatürk prospektində yerləşən ünvanlardan birində yas mərasimində iştirak edən 8 sakin qida zəhərlənməsi ilə xəstəxanaya müraciət etmişdi.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…