Əsas məzmuna keç

Nikolas Maduro cinayət işinin xitam olunmasını tələb edib

Nikolas Maduro cinayət işinin xitam olunmasını tələb edib

Venesuelanın sabiq prezidenti ABŞ məhkəməsinə müraciət edərək, dövlət başçısı kimi toxunulmazlıq hüququna malik olduğunu əsas gətirib.

en ru

Venesuelanın sabiq prezidenti ABŞ-nin Nyu-York ştatındakı məhkəməyə müraciət edərək, ona qarşı açılmış cinayət işinə verilməsini tələb edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Maduronun vəkilləri müvəkkillərinin suveren olduğunu və bu səbəbdən ABŞ-nin yurisdiksiyasına tabe olmadığını bildiriblər.

Çərşənbə günü təqdim olunan məhkəmə sənədində qeyd olunur ki, "Bolivar Respublikası Venesuela" tərəfindən ölkənin rəhbəri kimi tanınan şəxsə qarşı bu cür ittihamların irəli sürülməsi hüquqi əsaslara malik deyil.

Nyu-York Federal Prokurorluğu Nikolas Maduronu terrorçu təşkilatlarla əməkdaşlıqda və iyirmi beş ildən çox müddətdə dövlət vəzifələrində çalışarkən qanunsuz yollarla varlanmaqda ittiham edir.

Xatırladaq ki, cari ilin 3 yanvar tarixində hüquq-mühafizə orqanları xüsusi hərbi əməliyyat nəticəsində Maduro və həyat yoldaşı Siliya Floresi saxlayaraq ölkədən çıxarıblar.

Məhkəmə prosesinin 2027-ci il iyunun 1-dən etibarən başlayacağı gözlənilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…