Əsas məzmuna keç

Maduronun həyat yoldaşı səhhətinə görə ev dustaqlığı istəyib

Maduronun həyat yoldaşı səhhətinə görə ev dustaqlığı istəyib

Venesuela Prezidenti Nikolas Maduronun həyat yoldaşı Siliya Floresin vəkilləri onun ürək səhhətinin pisləşdiyini bildirərək məhkəməyədək ev dustaqlığına buraxılmasını tələb ediblər.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

ABŞ-nin yanvarın 3-də həyata keçirdiyi hərbi müdaxilə nəticəsində saxlanılan Prezidenti Maduronun həyat Siliya Floresin vəkilləri səhhətində yaranan problemlərə görə onun ev dustaqlığına keçirilməsini istəyiblər.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, vəkillər Manhetten federal məhkəməsinə təqdim etdikləri ərizədə Floresin həbsxanada ürək səhhətinin pisləşdiyini qeyd ediblər.

Ərizədə bildirilib ki, Flores məhkəmə prosesini ev dustaqlığında gözləmək hüququna malikdir.

Maduro və Floresin növbəti məhkəmə iclasının gələn ilin iyununda keçiriləcəyi bildirilib.

Vəkillər Floresin həmin müddətdə Manhetten ərazisindəki evlərdən birində qala biləcəyini qeyd ediblər.

Onların sözlərinə görə, ev dustaqlığı tətbiq edilərsə, Flores 24 saat silahlı hərbçilərin nəzarətində olacaq.

O, yalnız məhkəmə və ya prokurorlar tərəfindən icazə verilən şəxslərlə görüşə biləcək, ev isə video qeydiyyat sistemi ilə izləniləcək.

Məhkəmənin bu tələblə bağlı hələlik qərar vermədiyi bildirilib.

Maduro və həyat yoldaşı yanvar ayından etibarən Bruklindəki həbsxanada saxlanılır.

Yanvarın 3-də Venesuelanın paytaxtı Karakasda partlayış səsləri və təyyarə uğultusu eşidilib.

Venesuela rəhbərliyi bundan sonra ABŞ-ni ölkənin müxtəlif bölgələrində mülki və hərbi obyektlərə hücumlar təşkil etməkdə ittiham edib.

ABŞ Prezidenti Nikolas Maduroya qarşı genişmiqyaslı hücum keçirildiyini və Maduro ilə həyat yoldaşının ölkədən çıxarıldığını açıqlayıb.

ABŞ-nin o zamankı ədliyyə naziri Pem Bondi Maduro və Flores barəsində ölkədə açıldığını bildirib.

Maduro narkoterrorçuluq, kokain qaçaqmalçılığı, ABŞ-yə qarşı pulemyot və dağıdıcı qurğulara malik olmaqda ittiham edilib.

Venesuela hökuməti beynəlxalq ictimaiyyəti ABŞ-ni pisləməyə çağırıb.

Bir sıra ölkələr hücumu tənqid etsə də, bəzi dövlətlər açıqlamaları ilə ABŞ-yə dəstək veriblər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…