Əsas məzmuna keç

Braziliya Prezidenti ABŞ-nin Maduro ilə bağlı ittihamlarını pislədi

Braziliya Prezidenti ABŞ-nin Maduro ilə bağlı ittihamlarını pislədi

Luiz İnasio Lula da Silva Venesuelanın keçmiş prezidenti Nikolas Maduroya qarşı irəli sürülən ittihamların araşdırılmalı olduğunu bildirib.

en ru

ABŞ administrasiyasının Venesuelanın keçmiş prezidenti Nikolas Maduroya qarşı irəli sürdüyü ittihamları kəskin tənqid edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə lideri özünün rəsmi “X” hesabında paylaşım edib.

Lula da Silva paylaşımında ABŞ-nin birtərəfli ittihamlar irəli sürmək praktikasından narazılığını ifadə edib: “Əgər Maduro səhv edibsə, mühakimə olunmalıdır. Bu məsələ araşdırılmalıdır. Bir ölkə sadəcə özbaşına ittiham irəli sürə bilməz. Mən bundan yorulmuşam. Səddam Hüseynin malik olduğu deyilən kimyəvi silahlar haradadır? İranın sahib olduğu nüvə bombası haradadır?”.

Məlumat üçün bildirək ki, yanvarın 3-də ABŞ hüquq-mühafizə orqanlarının reallaşdırdığı xüsusi hərbi əməliyyat zamanı saxlanılaraq ölkədən çıxarılıb. ABŞ tərəfindən saxlanılan keçmiş Venesuela Prezidenti və onun həyat yoldaşı Siliya Flores barəsində məhkəmə prosesinin 2027-ci il iyunun 1-də başlayacağı elan edilib.

Digər tərəfdən, Maduro sentyabrın 3-də Nyu-York məhkəməsinə müraciət edərək ona qarşı qaldırılmış cinayət işinə xitam verilməsini tələb edib. O, suveren dövlətin rəhbəri kimi toxunulmazlıq hüququna malik olduğunu və ABŞ-də məhkəmə təqibinə məruz qala bilməyəcəyini vurğulayıb.

Nyu-York Federal Prokurorluğu isə Maduronu terror təşkilatları ilə əməkdaşlıqda və 25 ildən artıq dövlət vəzifələrində çalışaraq qanunsuz yollarla varlanmaqda ittiham edir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…