Əsas məzmuna keç

Nikol Paşinyan Avropa Parlamentinin sədri tərəfindən təbrik edildi

Nikol Paşinyan Avropa Parlamentinin sədri tərəfindən təbrik edildi

Roberta Metsola Ermənistanın Baş naziri Nikol Paşinyana təbrik ünvanlayıb. Aİ rəsmisi “Vətəndaş Müqaviləsi”nin qələbəsindən sonra əməkdaşlığı necə qiymətləndirdi?

en ru

Avropa Parlamentinin Prezidenti Roberta Metsola Ermənistanın Nikol Paşinyanı seçkilərində əldə etdiyi qələbə münasibətilə təbrik edib.

Redaktor.az xəbər verir ki, bu barədə o, “X” hesabında paylaşım edib.

Metsola bildirib ki, Paşinyanın rəhbərlik etdiyi siyasi qüvvənin qələbəsi münasibətilə təbriklərini çatdırır və Avropa İttifaqı ilə arasında münasibətlərin daha da gücləndirilməsinin vacibliyini vurğulayıb.

“Gəlin Aİ ilə Ermənistan arasında münasibətləri gücləndirmək üçün bu yeni impulsu davam etdirək”, - deyə o qeyd edib.

Qeyd edək ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçirilib. İlkin nəticələrə əsasən, parlamentə üç siyasi qüvvənin daxil olduğu bildirilir.

Nikol Paşinyan isə “Vətəndaş Müqaviləsi” Partiyasının parlamentdə çoxluq qazanaraq hökumət formalaşdıracağını açıqlayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…