Əsas məzmuna keç

Netanyahu 15 maddəlik plana şans verir?

Netanyahu 15 maddəlik plana şans verir?

Cared Kuşnerin təklif etdiyi təşəbbüslə bağlı ABŞ-İsrail danışıqları davam edir. HƏMAS-ın tərksilahı şərti ilə Qəzzada hərbi gərginliyin azaldılması gözlənilir.

en ru

İsrailin Benyamin ABŞ Prezidenti Trampın kürəkəni və müşaviri Cared Kuşnerə Qəzzaya dair 15 plana şans verməyə hazır olduğunu bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Bildirilib ki, Netanyahu ötən həftə Kuşnerlə aparıb.

İddialara görə, Netanyahu söhbət zamanı HƏMAS-ın silahlarını təhvil verəcəyinə inanmadığını, lakin buna baxmayaraq, plana şans verməyə hazır olduğunu bildirib.

Bu çərçivədə İsrailin Qəzzaya endirdiyi zərbələri azaltmaq və İsrail ordusunun “Sarı xətt”in qərbinə doğru irəliləməməsi ilə bağlı öhdəlik götürdüyü qeyd olunub.

Həmçinin vurğulanıb ki, Qəzza Sülh Şurası İsraildən plana şans verməsini, ordunun hazırkı mərhələdə “Sarı xətt”dəki mövqelərini qorumasını və hərbçilərə birbaşa təhlükə olmadığı təqdirdə atəş açmamasını istəyib.

Netanyahu isə dünən verdiyi açıqlamada İsrailin 15 maddəlik planı qəbul etmədiyini və HƏMAS tamamilə tərksilah edilməyənədək Qəzzadan çıxmayacaqlarını bildirib.

Bununla yanaşı, o, ABŞ ilə danışıqların davam etdiyini vurğulayıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…