Əsas məzmuna keç

“Neftçi” Premyer Liqasının ilk 10 oyununda XXI əsr rekordunu yeniləyib

“Neftçi” Premyer Liqasının ilk 10 oyununda XXI əsr rekordunu yeniləyib
— Foto: Report.az

Bakı klubu Misli Premyer Liqasının 10 qarşılaşmasında 25 qol vurub. Bu, “Neftçi”nin son 25 mövsümdəki ən yaxşı göstəricisidir.

en ru

Misli Premyer Liqasının lideri “” çempionatın ilk 10 qarşılaşmasında 25 qol vuraraq XXI əsrdə özü üçün rekorda imza atıb. təmsilçisi bu göstəriciyə sonuncu dəfə 2000-ci ildə yaxınlaşıb.

Klub 2000/01 mövsümünün eyni mərhələsində 28 qol vurub. Beləliklə, cari mövsümdəki 25 qol “Neftçi”nin son 25 mövsüm ərzində ilk 10 çempionat matçındakı ən yaxşı nəticəsidir.

Bakı klubu bundan əvvəlki 24 turnirin heç birində ilk 10 qarşılaşmada orta məhsuldarlığı 2,50-yə çatdıra bilməyib. Cari mövsümün ilk 10 oyununda vurulan 25 qol isə bu həddə uyğun göstəricidir.

1992-ci ildən keçirilən çempionatın tarixində ilk 10 matç üzrə ən yaxşı nəticə də “Neftçi”yə məxsusdur. Komanda 1996/97 mövsümünün startında 10 oyunda 42 qol vurub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…