Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Nazir: Son illərdə fərdi evlər üçün amnistiyalar tətbiq edilib

2 dəq
Paylaş:
Nazir: Son illərdə fərdi evlər üçün amnistiyalar tətbiq edilib

Əminəm ki, bu forum çərçivəsində azad edilmiş ərazilərdə aparılan şəhərsalma və yenidənqurma fəaliyyətləri barədə çoxlu müzakirələr aparılır. Bu proses mövcud təzyiqin böyük bir hissəsini aradan qaldıracaq, , 30 ildən çox vaxt keçdikdən sonra bir çox insan, nəhayət, öz yurduna qayıdır.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu sözləri "Dünyada mənzil üçün qeyri-rəsmi məntəqələrinin və gecəqonduların dəyişdirilməsi" adlı tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazirin fikrincə, səhiyyə və təhsil təminatından tutmuş qeyri-formal iqtisadiyyata qədər bu məsələlər bugünkü sessiyada ətraflı müzakirə olunacaq. "Son illərdə biz çoxmənzilli yaşayış binalarının istismarına icazə verilməsi prosedurlarının sadələşdirilməsi istiqamətində də bir sıra addımlar atmışıq. Həmçinin, əsas şəhərsalma standartlarına cavab verən fərdi və bu tipli qeyri-formal yaşayış məskənləri üçün müəyyən etmişik. Bununla belə, təcrübəmiz göstərdi ki, leqallaşdırma məsələsinə çox ehtiyatla yanaşmaq lazımdır. Çünki, qanunsuz tikililər üçün edilən sadə bir amnistiya müəyyən bir zaman kəsiyində bəzi sosial qayğıları həll edə bilsə də, gələcəkdə qeyri-qanuni tikintiləri daha da stimullaşdıra bilər", - deyə o əlavə edib.

Mikayıl Cabbarov bunun qeyri-təhlükəsiz binaların yaranmasına, torpaqdan plansız istifadəyə, kənd təsərrüfatı və meşə torpaqlarına, su resurslarına, eləcə də kritik infrastruktur zonalarına təzyiq baxımından uzunmüddətli risklər yaratdığını diqqətə çatdırıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax