Əsas məzmuna keç

Nazir: “Azərbaycan rəqəmsal fərqi aradan qaldırmaq üçün infrastruktura sərmayə yatırır”

Nazir: “Azərbaycan rəqəmsal fərqi aradan qaldırmaq üçün infrastruktura sərmayə yatırır”

Azərbaycan rəqəmsal fərqi aradan qaldırmaq üçün infrastruktur layihələrinə sərmayə yatırmağa davam edir. Bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat...

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

rəqəmsal fərqi aradan qaldırmaq üçün infrastruktur layihələrinə sərmayə yatırmağa davam edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Azərbaycanın rəqəmsal inkişaf və naziri Rəşad bu gün Bakıda keçirilən GSMA M360 EURASIA 2023 beynəlxalq konfransında deyib.

Onun sözlərinə görə, vəziyyəti həll etmək üçün infrastruktur və təmin edilməli, kadrlar inkişaf etdirilməlidir.

"Biz ölkə olaraq bu problemə kifayət qədər ciddi yanaşır və lazımi işlər görürük. 2024-cü ilin sonuna kimi bütün ev təsərrüfatlarını internetlə təmin etməyi planlaşdırırıq. Bu baxımdan infrastrukturun inkişafı işimizin vacib hissəsidir", - R. Nəbiyev deyib.

Nazir kibertəhlükəsizlik və rəqəmsal inkişaf məsələlərinin Azərbaycan hökumətinin gündəliyində olduğunu vurğulayıb.

R.Nəbiyev Bakıda bu tədbirin keçirilməsinin vacibliyini vurğulayıb: "COVID-19 ilə əlaqədar olaraq müxtəlif coğrafi seqmentlər arasında aydın uçurum meydana gəlib. Bu baxımdan sözügedən tədbir vacib əhəmiyyətə malikdir, çünki mövzusu çoxlarının can atdığı səyləri əks etdirir. Bu, təkcə bizim regionda deyil, bütün dünyada daha dayanıqlı cəmiyyətin qurulması baxımından çox əhəmiyyətlidir”.

Kimdir?

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…