Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi imtahanlarla bağlı təqdim olunan hesabatda iştirakçıların sayı üzrə uyğunsuzluq müəyyənləşdirilib.
"Operativ Məlumat Mərkəzi-OMM" Hesablama Palatasına istinadən xəbər verir ki, imtahan iştirakçılarının ümumi sayı 435 min 999 nəfər göstərilib. Lakin ayrı-ayrı göstəricilərdə təqdim olunmuş rəqəmlərin cəmi 399 min 175 nəfər təşkil edib.
Beləliklə, ümumi sayla ayrı-ayrı göstəricilərin cəmi arasında 36 min 824 nəfər və ya 9.2% fərq yaranıb.
Palata bunu təhsil proqramları üzrə təqdim edilmiş məlumatlar arasında müəyyən olunan uyğunsuzluqlardan biri kimi qeyd edib.