Azərbaycanın üçtəkanla tullanan idmançısı Nazim Babayev böyük idmana qayıdıb. Azərbaycan Atletika Federasiyasının baş katibi Məhərrəm Sultanzadə bildirib ki, atlet karyerasını başa vurmaq qərarını dəyişib.
Babayev 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq üçün hazırlıqlara başlayıb. O, daha əvvəl belində yaranan problemlə üzləşib. Atletin sözlərinə görə, həkimlərlə məsləhətləşdikdən sonra karyerasını davam etdirməsinə icazə verilib.
Nazim Babayev qapalı məkanlarda keçirilən Avropa çempionatında üçtəkanla tullanmada qızıl medal qazanıb. O, həmçinin Ümumdünya Yay Universiadasının ikiqat və İslam Həmrəyliyi Oyunlarının qalibidir.
Babayev bu ilin iyununda Azərbaycan çempionatında karyerasını başa vurduğunu açıqlamışdı. İdmançı indi qərarını dəyişərək yenidən yarışlara qayıdıb və Los-Anceles Olimpiadasına lisenziya uğrunda mübarizə aparmağa hazırlaşır.