Əsas məzmuna keç

NATO ölkələri üçün yeni çıxış yolu "KAAN" ola bilər?

NATO ölkələri üçün yeni çıxış yolu "KAAN" ola bilər?

Avropanın müdafiə sənayesindəki uğursuz layihələr və artan təhlükəsizlik riskləri fonunda, Türkiyənin 5-ci nəsil döyüş təyyarəsi "KAAN" NATO müttəfiqləri üçün strateji alternativə çevrilir.

en ru

Avropada artan təhlükəsizlik narahatlıqları fonunda ölkələrinin yeni döyüş təyyarələrinə olan ehtiyacı yenidən gündəmə gəlib. Ekspertlər bu kontekstdə Türkiyənin milli döyüş təyyarəsi "" layihəsinin alyans üçün mühüm alternativ ola biləcəyini bildirirlər.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdəki gərginliklər Avropa ölkələrini müdafiə siyasətlərinə yenidən baxmağa vadar edib. Bildirilib ki, uzun illər ərzində həyata keçirilən bir sıra ortaq müdafiə layihələri gözlənilən nəticəni verməyib.

Məlumata görə, Almaniya və Fransa yeni nəsil döyüş təyyarəsi proqramını dayandırıb, Almaniyanın Hollandiyadan alacağı 9 milyard avro dəyərində hərbi gəmi layihəsi isə baş tutmayıb. Həmçinin hazırda istifadə olunan 4,5-ci nəsil "Eurofighter" döyüş təyyarələrinin gələcək döyüş şəraitinin tələblərinə tam cavab vermədiyi qeyd olunub.

Bununla yanaşı, Avropada 6-cı nəsil döyüş təyyarələrinin hazırlanması istiqamətində işlər davam etsə də, siyasi fikir ayrılıqları, maliyyə çətinlikləri və ixtisaslı kadr çatışmazlığının bu prosesə mənfi təsir göstərdiyi vurğulanıb.

Məqalədə qeyd olunub ki, hazırda NATO daxilində 5-ci nəsil döyüş təyyarəsinə sahib olan ölkələr və Türkiyədir. Bildirilib ki, ABŞ istehsalı olan "F-35" təyyarələrinin yüksək istismar xərcləri və texniki problemləri səbəbindən bəzi ölkələr alternativ platformalara üstünlük verməyə başlayıblar. Bu baxımdan Türkiyənin milli imkanlarla hazırladığı "KAAN" layihəsinin çevik inteqrasiya imkanları və müttəfiqlərlə əməkdaşlıq potensialı ilə diqqət çəkdiyi qeyd edilib.

Ekspertlərin fikrincə, iyulun 7-8-də Ankarada keçiriləcək NATO Zirvə toplantısında "KAAN" layihəsinin müzakirə ediləcək əsas mövzulardan birinə çevrilməsi ehtimalı istisna edilmir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…