Əsas məzmuna keç

Nataşa Pirts Musar İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Nataşa Pirts Musar İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Sloveniya lideri Nataşa Pirts Musar dövlətimizin Müstəqillik Günü münasibətilə İlham Əliyevə məktub göndərib. İkitərəfli əlaqələr və Cənubi Qafqazda sülh müzakirə olunub.

ru en

Sloveniya Prezidenti Nataşa Pirts Musar İlham Əliyevə ünvanlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məktubda deyilir:

“Zati-aliləri.

Respublikasının Günü münasibətilə Sloveniya Respublikasının xalqı adından və öz adımdan Sizi səmimi-qəlbdən təbrik edirəm.

Ölkələrimiz arasındakı davamlı konstruktiv əməkdaşlıq və dostluq münasibətlərindən çox məmnunam. Əminəm ki, qarşılıqlı maraq doğuran bütün istiqamətlərdə ikitərəfli əlaqələrimizi dərinləşdirəcək və bir çox sahələrdə əməkdaşlığı daha da inkişaf etdirəcəyik.

Həm Sloveniya, həm də Azərbaycan sabitliyə və davamlı inkişafa sadiq qaldığı üçün inanıram ki, Avropa və beynəlxalq birlik çərçivəsində əməkdaşlığımız daha da genişlənəcək və möhkəmlənəcək.

Cənubi Qafqaz regionunda sülhün, sabitliyin və yaxşı münasibətlərin qurulması istiqamətində davam edən səylərinizi yüksək qiymətləndirirəm və Sizə uğurlar arzulayıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…