Muxtar Babayev: “Ölkəyə elektromobillərin idxalında artım müşahidə olunur”

Muxtar Babayev: “Ölkəyə elektromobillərin idxalında artım müşahidə olunur”
15.02.2024 10:09
Aa
dəq

2019-cu ildən Azərbaycanda mərhələlərlə elektrik və hibrid mühərrikli avtomobillərə, eyni zamanda, enerji doldurucularına vergi güzəştləri tətbiq olunandan sonra ölkəyə elektromobillərin idxalında artım müşahidə olunur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Bakıda "Vergi sistemi yeni inkişaf dövründə: Davamlı iqtisadiyyat üçün strateji hədəflər" mövzusunda keçirilən forumda ekologiya və təbii sərvətlər naziri vəzifəsini icra edən Muxtar Babayev bildirib.

O, qeyd edib ki, 2023-cü ildə Azərbaycana 2021-ci illə müqayisədə 20 dəfə çox elektromobil idxal olunub: "Eyni zamanda bu yaxınlarda qəbul olunan köhnə və istifadəyə yararsız nəqliyyat vasitələrinin utilizasiyası proqramı çərçivəsində avtomobil sahiblərinə güzəştlər təklif etməklə yerli avtomobil istehsalı, ekoloji dayanıqlılıq və təkrar emal təşviq edilir.

"Çirkləndirən ödəyir" prinsipinə əsaslanaraq, istehsal fəaliyyəti nəticəsində təbiətə dəyə biləcək ziyan kompensasiya edilməlidir. Bir çox xarici inkişaf etmiş ölkələrdə ətraf mühitə çirkləndiricilərin atılmasına, həmçinin karbon emissiyalarının buraxılmasına görə karbon vergisi tətbiq olunur. Azərbaycanda 1992-ci ildən qüvvədə olan "Ətraf mühitin çirkləndirilməsinə görə ödənişlərin tətbiqi Qaydaları"na 2022-ci ildə müvafiq dəyişikliklər edilib".

"Əvvəlki ödəmə normativləri hazırkı dövrün tələblərinə tamamilə cavab vermirdi və ölkənin iqtisadi inkişafı ilə uzlaşmırdı. Yeni ödənişlərin tətbiqi müəssisələrdə ətraf mühitin mühafizəsi ilə bağlı məsuliyyət hissini artırmaqla yanaşı, çirkləndiricilərin uçotunun təmin olunmasına zəmin yaratdı. Burada əsas məqsəd müəssisələrin atılan tullantıları azadılmasına təşviq etmək və ətraf mühitə vurulan ziyana görə ödəmələr əvəzinə müəssisənin müasir texnologiyaların tətbiqinə investisiyaların qoyulmasına təşviqdir", - deyə M.Babayev əlavə edib.

Həftənin ən çox oxunanları

AZAL-da yeni təyinat olub

AZAL-da yeni təyinat olub
DAVAMIN OXU davamın oxu

Qazaxıstandan Bakıya əsaslı təmirdən sonra manevr teplovozlarından biri çatdırılıb

Qazaxıstandan Bakıya əsaslı təmirdən sonra manevr teplovozlarından biri çatdırılıb
DAVAMIN OXU davamın oxu

Bakının bir sıra yollarında tıxac müşahidə olunur

Bakının bir sıra yollarında tıxac müşahidə olunur
DAVAMIN OXU davamın oxu

Bakıda tıxacın aradan qaldırılması məqsədilə 7 layihə icra olunacaq

Bakıda tıxacın aradan qaldırılması məqsədilə 7 layihə icra olunacaq
DAVAMIN OXU davamın oxu

Zığ dairəsi-Hava Limanı yolunda endirililən sürət həddi bərpa edilib - YENİLƏNİB

Zığ dairəsi-Hava Limanı yolunda endirililən sürət həddi bərpa edilib - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu