Əsas məzmuna keç
Muxtar Bahadur oğlu Babayev

Muxtar Bahadur oğlu Babayev

Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi

Mənbə: president.az · yoxlanılıb 29.09.2026

Tərcümeyi-hal

Muxtar Bahadur oğlu Babayev 1967-ci ildə Bakı şəhərində anadan olub, orta təhsilini 1984-cü ildə Bakıda başa vurub. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsini, Azərbaycan Dövlət İqtisad İnstitutunu və Ümumrusiya Xarici Ticarət Akademiyasını bitirib. 1986–1988-ci illərdə hərbi xidmətdə olub.

Əmək fəaliyyətinə 1991-ci ildə Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsində başlayıb. 1992–1994-cü illərdə Xarici İqtisadi Əlaqələr Nazirliyinin idarəsində rəis müavini və rəis, 1994–2003-cü illərdə Dövlət Neft Şirkətinin Xarici İqtisadi Əlaqələr İdarəsində şöbə müdiri və rəis müavini, 2003–2006-cı illərdə Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində rəis müavini, sonra rəis vəzifələrində çalışıb.

2007–2010-cu illərdə Dövlət Neft Şirkətinin ekoloji məsələlər üzrə vitse-prezidenti olub, 2010-cu ildən "Azərikimya" İstehsal Birliyinin Müşahidə Şurasının sədridir.

2018-ci il aprelin 23-də Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri təyin edilib.

Mənbə: Oxu.az.

Səhv görürsünüz? Redaksiyaya yazın

Təhsil

  • M.V.Lomonosov adına Moskva Dövlət Universiteti — fəlsəfə fakültəsi
  • Azərbaycan Dövlət İqtisad İnstitutu
  • Ümumrusiya Xarici Ticarət Akademiyası

Xəbərlərdə