Əsas məzmuna keç

Kral III Çarlz Muxtar Babayevlə görüşərək fikir mübadiləsi apardı

Kral III Çarlz Muxtar Babayevlə görüşərək fikir mübadiləsi apardı

Böyük Britaniya monarxı və COP29 prezidenti Bakıda iqlim dəyişikliyi ilə mübarizəni müzakirə ediblər. Görüşün detalları və əldə olunan razılaşmalar nədən ibarətdir?

en ru

Böyük Britaniya Kralı Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi, COP29-un prezidenti Babayevlə ayaqüstü görüş keçirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfiri Elin Süleymanov "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Britaniya Kralı III Çarlzın ətraf mühitin mühafizəsi məsələlərinə dəyişməz sadiqliyi bütün dünya üçün ilham mənbəyidir. COP29-un prezidenti Muxtar Babayev superçirkləndiricilər probleminə həsr olunmuş tədbirdə BMT-nin Antonio Quterreş də daxil olmaqla, dünyanın aparıcı iqlim liderlərinə qoşulub. Görüş Böyük Britaniya Kral ailəsi və Birləşmiş Krallığın Enerji Təhlükəsizliyi və Karbon Neytrallığı Nazirliyi tərəfindən Sent-Ceyms sarayında təşkil olunub", - E.Süleymanov yazıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…