Əsas məzmuna keç
Andrey Vladimiroviç Sipilin
Foto: Qafqazinfo

Andrey Vladimiroviç Sipilin

Prezidentin köməkçisi – Hərbi-texniki təminat məsələləri şöbəsinin müdiri

Mənbə: president.az · yoxlanılıb 29.09.2026

Tərcümeyi-hal

Andrey Vladimiroviç Sipilin Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Hərbi-texniki təminat məsələləri şöbəsinin müdiridir. 1995–1999-cu illərdə Heydər Əliyev adına Siyasi Elmlər Akademiyasında, 2000–2002-ci illərdə Azərbaycan Dövlət İqtisadiyyat Universitetində, 2000–2004-cü illərdə isə Bakı Dövlət Universitetində təhsil alıb.

2001-ci ildə Konstitusiya Məhkəməsinin İnformasiya Texnologiyaları şöbəsinin müdiri olub, 2004–2006-cı illərdə "McDermott Caspian Contractors Inc" şirkətində müxtəlif vəzifələrdə çalışıb, sonra "PAŞA İnşaat" MMC-də İnsan Resursları və İdarəetmə departamentinin direktoru olub. 2019-cu ildə Birinci vitse-prezidentin köməkçisi təyin edilib, 2022-ci il noyabrın 24-də isə Prezidentin köməkçisi – Hərbi-texniki təminat məsələləri şöbəsinin müdiri vəzifəsinə keçirilib.

Mənbə: Qafqazinfo.

Səhv görürsünüz? Redaksiyaya yazın