Samir Rafiq oğlu Nuriyev
Prezidentin Administrasiyasının rəhbəri
Tərcümeyi-hal
Samir Rafiq oğlu Nuriyev 9 mart 1975-ci ildə Bakıda doğulub. 1981–1991-ci illərdə Bakıdakı 225 saylı orta məktəbdə oxuyub.
1996–2003-cü illərdə bir sıra özəl şirkətlərdə işləyib. 2000–2001-ci illərdə BMT İnkişaf Proqramının Azərbaycandakı Nümayəndəliyində “Azərbaycanda kiçik və orta özəl müəssisələrin inkişafına yardım” layihəsinin məsləhətçisi olub. 2006–2009-cu illərdə İqtisadi İnkişaf Nazirliyində əvvəlcə Sahibkarlığın İnkişafı Departamentinin direktor müavini və direktoru, sonra nazirliyin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri vəzifələrində çalışıb.
Prezident sərəncamları ilə 2009–2013-cü illərdə Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi rəisinin müavini, 2013–2016-cı illərdə həmin idarənin rəisi olub. 2016–2018-ci illərdə Mənzil İnşaatı Dövlət Agentliyinə rəhbərlik edib, 2018-ci ildən 2019-cu ilin noyabrınadək Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri işləyib. 2019-cu il 1 noyabr tarixli Prezident Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri təyin edilib.
Azərbaycan, rus, ingilis və türk dillərini bilir. Evlidir, üç övladı var.
Təhsil
- 1981–1991 — Bakı şəhəri, 225 saylı orta məktəb
- 1996 — Azərbaycan Texniki Universiteti, Mühəndis biznesi və menecment fakültəsi, mühəndis-iqtisadçı ixtisası (fərqlənmə diplomu)
- 2003–2005 — Dyuk Universiteti (ABŞ), beynəlxalq inkişaf siyasəti ixtisası, magistr
Xəbərlərdə
-
Samir Nuriyev COP32-nin Prezidenti ilə görüşdü 27 fevral 2026