Əsas məzmuna keç

Samir Nuriyev COP32-nin Prezidenti ilə görüşdü

Samir Nuriyev COP32-nin Prezidenti ilə görüşdü

PA rəhbəri Samir Nuriyev Efiopiya XİN başçısı Hessebon ilə iqlim əməkdaşlığı və COP29 təcrübəsini müzakirə edib. WUF13 və imzalanan sənədin mühüm detalları burada.

en ru

Fevralın 27-də Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Efiopiya Federativ Demokratik Respublikasının naziri, COP32-nin müəyyən olunmuş Prezidenti Gedion Timotevos Hessebon ilə görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Samir Nuriyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu gün Efiopiyanın Baş naziri Abiy Əhməd Əli ilə görüşü zamanı iki ölkə arasında BMT-nin iqlim konfransları (COP) sahəsində təcrübə mübadiləsinin müzakirə edilməsinə toxunaraq, dövlət başçısının tapşırığı ilə Azərbaycanın Efiopiya ilə tam əməkdaşlığa hazır olduğunu vurğulayıb.

Samir Nuriyev İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın çərçivəsində təşkilati-logistika, substantiv və kommunikasiya sahəsində həyata keçirilmiş işlərə toxunub, həmçinin COP29-da bir sıra tarixi qərarların qəbul edildiyini bildirib.

Gedion Timotevos Hessebon Azərbaycanın COP29-u yüksək səviyyədə təşkil etdiyini, zəngin irs yaratdığını qeyd edib. Nazir Efiopiyanın Azərbaycanla COP32 çərçivəsində əməkdaşlıqda maraqlı olduğunu bildirib və ölkəmizin bu istiqamətdə Efiopiyaya təşkilati-logistika və substantiv dəstəyini yüksək qiymətləndirib.

Görüşdə Efiopiyanın Baş naziri Abiy Əhməd Əlinin Azərbaycana səfəri çərçivəsində iki ölkənin xarici işlər nazirləri arasında imzalanmış “BMT-nin İqlim Konfransının 32-ci sessiyasının (COP32) təşkili ilə bağlı əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun əhəmiyyəti vurğulanıb.

Həmçinin 2026-cı ildə ölkəmizdə keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə əlaqədar fikir mübadiləsi aparılıb.

Kimdir?

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…