Əsas məzmuna keç

“Musk” sənədli filminin reklamları sosial platformlarda bloklandı

“Musk” sənədli filminin reklamları sosial platformlarda bloklandı

Alex Gibneyin hazırladığı “Musk” sənədli filminin reklamları “YouTube”, “Meta”, “TikTok” və “X” platformalarında əvvəlcə qəbul edilməyib. “YouTube” və “Meta” sonradan qərarlarını dəyişib.

en ru

"Oscar" mükafatlı məşhur rejissor Alex Gibneyin İlon Maskın həyatından bəhs edən 4 saatlıq "Musk" sənədli filmi ətrafında qalmaqal yaşanıb. Filmin distribyutoru "Bleecker Street" şirkətinin tanıtım treylerini "", "", "TikTok" və "X" platformalarında ödənişli reklam kimi yayımlamaq müraciəti ilkin mərhələdə rədd edilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, "YouTube", "Meta" və "TikTok" reklamı siyasi məzmun kimi qiymətləndirərək yayımından imtina edib. İlon Maskın sahibi olduğu "X" (keçmiş Twitter) platforması isə müraciətə heç bir cavab verməyib.

Yaranan narazılıqdan sonra "YouTube" və "Meta" geri addım atmaq məcburiyyətində qalıb:

  • "YouTube": Reklamın sistemə yükləndikdən sonra avtomatik olaraq müvəqqəti məhdudlaşdırıldığını, lakin aparılan daxili araşdırmadan sonra yayımına icazə verildiyini bəyan edib.
  • "Meta": Reklamların texniki "səhvən" rədd edildiyini bildirərək onların yenidən yayımlanmasına şərait yaradıb.
  • "TikTok" və "X": "TikTok" siyasi reklamlara tam qadağa qoyduğu üçün imtina qərarını saxlayıb. "X" platforması isə susqunluğunu qoruyur.

Sənədli filmdə İlon Maskın biznes və texnologiya sahəsindəki uğurları ilə yanaşı, onun siyasətindəki artan təsiri də araşdırılır. Maskın 2024-cü il seçkilərində Trampa verdiyi böyük maliyyə dəstəyi, sonradan Hökumətin Səmərəliliyi Departamentinə (DOGE) rəhbərlik etməsi və vəzifəsindən ayrılması kimi qalmaqallı məqamlar filmin əsas xəttini təşkil edir.

Filmdə milyarderin keçmiş həyat yoldaşı Justine Musk və digər tanınmış simalarla özəl müsahibələr yer alıb. Venesiya Film Festivalında tənqidçilər tərəfindən yüksək qiymətləndirilən "Musk" sənədli filminin oktyabrın 9-da ABŞ kinoteatrlarında nümayiş olunması planlaşdırılır.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…