Əsas məzmuna keç

Müctəba Xamenei bu gün and içərək vəzifəyə başlayır

Müctəba Xamenei bu gün and içərək vəzifəyə başlayır

Tehrandakı Azadi meydanında keçiriləcək sədaqət mərasimi ilə SEPAH-ın dəstəklədiyi yeni dini lider rəsmən fəaliyyətə başlayır. Ekspertlər Şurasının qərarı və detallar.

en ru

Bu gün İranın yeni ali rəhbəri Müctəba Xameneiyə sədaqət andı mərasimi keçiriləcək.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.

Qeyd olunub ki, tədbir saat 15:00-da ( vaxtı ilə 15:30-da) başlayacaq və Tehranın mərkəzindəki Azadi meydanında baş tutacaq. Xatırladaq ki, İran Ekspertlər Şurası Müctəba Xameneini ölkənin yeni ali rəhbəri seçib.

"The New York Times" yazıb ki, İranın əvvəlki ali rəhbərinin oğlu Müctəba İslam İnqilabı Keşikçiləri Korpusu () ilə sıx əlaqələri ilə tanınır. Qəzetin mənbələrinin sözlərinə görə, Əli Xameneinin həlak olmasından sonra SEPAH onun oğlunun təyin olunmasında israr edib.

Əli Xamenei 2026-cı il fevralın 28-də və İsrailin İrana qarşı birgə əməliyyatının ilk günündə öz iqamətgahında öldürülüb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…