Operativ Məlumat Mərkəzi

"Moskva ABŞ-nin Ukrayna ilə bağlı planının əsas bəndlərini alıb"

2 dəq
Paylaş:
"Moskva ABŞ-nin Ukrayna ilə bağlı planının əsas bəndlərini alıb"

Cenevrədə müzakirə edilən Amerikanın Ukrayna planının əsas parametrləri Moskvaya çatdırılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Əsas parametrlər ötürülüb, bəli”,- deyə o, jurnalistlərin Rusiya tərəfinin müvafiq sənədi alıb-almaması ilə bağlı suallarını cavablandıraraq təsdiqləyib.

Peskov qeyd edib ki, bütün tərəflər Ukrayna nizamlanmasını sülh yoluna çıxarmaq istəyini ifadə edir.

ABŞ Prezidentinin elçisi Stiv Uitkoffun Rusiyaya mümkün səfərindən danışan mətbuat katibi, vaxtla bağlı məlumatın daha sonra veriləcəyini vurğulayıb.

Kreml sözçüsü həmçinin bəyan edib ki, Moskva müzakirə olunan nizamlanmanın bütün mümkün parametrlərini açıqlamayacaq.
Prezident Vladimir Putinin bəyanatlarının təkcə Donbasa, yoxsa Zaporojjya və Xerson vilayətlərinin inzibati sərhədlərinə aid olub-olmaması ilə bağlı sualı cavablandıran Peskov, "biz indi bütün təfərrüatları açıqlamayacağıq və əslində prezident bunu dünən çağırıb. Bütün bunlar müzakirə olunacaq".

Bu xəbəri paylaş

Oxşar xəbərlər