Türkiyə ABŞ-nin Ukrayna ilə bağlı fəaliyyətini izləyir və münaqişənin dinc yolla həllinə yönəlmiş təşəbbüsləri dəstəkləyir.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə RİA Novosti Türkiyə hökumətindəki mənbəyə istinadən məlumat yayıb.
Türkiyə rəsmisi bildirib ki, Ankara diplomatik səylərin tərəfdarıdır və münaqişənin sona çatmasına kömək edə biləcək bütün addımlar dəstəklənməlidir.
Onun sözlərinə görə, müvafiq müraciət daxil olacağı təqdirdə Türkiyə Rusiya, ABŞ və Ukrayna arasında danışıqlara ev sahibliyi etməyə hazırdır.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov daha əvvəl Rusiya, ABŞ və Ukrayna arasında danışıqların bərpası məsələsinə münasibət bildirib.
Peskov Ukrayna üzrə üçtərəfli formatda danışıqların yenidən başlanması ilə bağlı ümumi siyasi istəyin olduğunu deyib.