26 nəfərin ölümünə səbəb olan tornadolardan sonra ABŞ-nin Missisipi ştatında daha sərt hava şəraiti yarana bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici mediaya istinadən xəbər verir ki, bu barədə qubernator xəbərdarlıq edib.
Qubernator Tate Reeves ştatın bəzi yerlərində əhəmiyyətli risklərin qaldığını söyləyib.
Qeyd edək ki, tornado Missisipi ştatında son on il ərzində baş vermiş ən ölümcül hadisə olub. Ştatda azı 25 nəfər, qonşu Alabama ştatında isə bir nəfərin öldüyü təsdiqlənib. Missisipi və Alabama ştatlarını bürüyən tornadolar nəticəsində yüzlərlə insan evlərini tərk edib.