Əsas məzmuna keç

Almaniyada isti havadan ölənlərin sayı 12 mini keçdi

Almaniyada isti havadan ölənlərin sayı 12 mini keçdi

Robert Kox İnstitutu dəhşətli statistikanı açıqladı: Brandenburq və digər bölgələrdə rekord temperatur yaşlılar üçün ölümcül nəticələrə səbəb olub.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Almaniyada 2026-cı ilin əvvəlindən etibarən həddindən artıq isti hava ilə əlaqəli ölənlərin sayının təxminən 12 min 500 nəfərə çatdığı bildirilir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı Kox İnstitutunun (RKI) avqustun 2-dək olan dövrü əhatə edən hesabat yayıb.

Bildirilib ki, ilin 15-ci həftəsindən 31-ci həftəsinə qədər Almaniyada həddindən artıq isti ilə əlaqəli təxminən 12 min 500 ölüm qeydə alınıb.

Hesabatda son 10 ildə xüsusilə 2018 və 2019-cu illərdə isti hava ilə əlaqəli ölüm hallarının yüksək olduğu xatırladılıb.

Belə ki, 2018-ci ildə 9 min 400, 2019-cu ildə isə 7 min 700 nəfərin həddindən artıq isti səbəbilə həyatını itirdiyi bildirilib.

RKI xüsusilə yaşlı insanların isti havadan daha çox təsirləndiyini vurğulayıb.

Bu ilin avqustun 2-dək qeydə alınan ölümlərin 6 min 270-nin 85 yaşdan yuxarı şəxslərin payına düşdüyü qeyd edilib.

Məlumata görə, ölənlər arasında 65-74 yaş aralığında 1 900, 75-84 yaş aralığında isə 3 110 nəfər olub.

Hesabatda bu il isti havanın ən güclü təsir göstərdiyi 26-cı həftədə ölüm hallarının xüsusilə yüksək olduğu bildirilib.

İyunun 22-dən 29-dək olan dövrdə təxminən 9 min 600 nəfərin həddindən artıq isti ilə əlaqəli səbəblərdən öldüyü təxmin edilir.

Həmin dövrdə Avropanı bürüyən isti hava dalğası Almaniyada da ciddi təsir göstərib. İyunun 28-də əyalətinin Oder-Şpree bölgəsində Nayssemünde qəsəbəsinin Koşen rayonunda temperatur 41,7 dərəcəyə yüksələrək rekord həddə çatıb.

RKI-nin iyulun 9-da yayımladığı əvvəlki hesabatda isə 2026-cı ilin 15-ci həftəsindən 26-cı həftəsinə qədər Almaniyada həddindən artıq isti ilə əlaqəli təxminən 5 min 120 ölümün qeydə alındığı bildirilmişdi.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…