Əsas məzmuna keç

Livanda ölənlərin sayı 4387-yə çatdı

Livanda ölənlərin sayı 4387-yə çatdı

İsrailin Nəbatiyyə və Beyt-Lifə endirdiyi zərbələr nəticəsində Hizbullahla toqquşmalarda yaralıların sayı 12 mini keçdi. Bölgədəki son vəziyyət budur.

en ru

Livanın cənubunda son 24 saat ərzində azı bir nəfər həlak olub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, İsrail qüvvələri bölgədə "Hizbullah"a qarşı əməliyyatlarını davam etdirir.

Qeyd olunub ki, martın 2-də hərbi eskalasiyanın başlanmasından indiyədək həlak olan mülki şəxslərin sayı 4 387-yə, yaralıların sayı isə 12 424-ə çatıb.

Səhiyyə Nazirliyinin məlumatına görə, oktyabrın 11-də günün ikinci yarısında İsrail Hərbi Hava Qüvvələri Nəbatiyyə əyalətində Kfar-Tibnit və Tallusa şəhərlərinə zərbələr endirib.

Bundan başqa, İsrail artilleriyası Beyt-Lif, Məcdəl-Zun və Yater yaşayış məntəqələrinin ətrafındakı əraziləri atəşə tutub.

Yerli hakimiyyət orqanları hələlik hücumların nəticələri barədə məlumat verməyib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…